DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

12:39 - 16 İyun 2018 - Xəbər

Bayram günü Azərbaycanın daxili işlər orqanları tərəfindən 91 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. İyunun 15-də axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət alınıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Xəbər xətti