Nazir: “İndiyədək ölkə iqtisadiyyatına 250 mlrd. dollardan çox sərmayə qoyulub”

"2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb".  Bunu iqtisadiyyat naziri Şahin Mustafayev rəsmi mətbuatda dərc edilən məqaləsində bildirib.  Nazir qeyd edib ki, bu dövrdə sahibkarlara 2 mlrd. manatdan çox kredit verilib: “İndiyədək ölkə iqtisadiyyatına 250 mlrd. ABŞ dollarından çox sərmayə qoyulub, valyuta ehtiyatları 24 dəfə artaraq 44 mlrd. dollara çatıb, son 15 ildə ölkədə 1,9 mln.-dan çox yeni iş yeri açılıb. Maaşlar, təxminən, 7, pensiyalar 10 dəfədən çox artırılıb. İşsizlik 5%-ə, yoxsulluq isə 5,4%-ə enib”. Ş.Mustafayev vurğulayıb ki, son 15 ildə qeyri-neft ixracı 4,1 dəfə artıb.  Report
Tarix
15 İyun 2018 [11:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin