Ana səhifə
20 Oktyabr 2018

Gənclərin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarlar keçirilib

İyun ayının 5, 6, 8 və 14-də 2018 – ci il tarixlərində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qəbələ, İsmayıllı, Göyçay və Binəqədi rayonlarında “Region gənclərinin düzgün peşə-ixtisas seçiminə yönəldilməsi məqsədilə seminarların və görüşlərin təşkili” layihəsi icra olunub. Layihənin məqsədi region gənclərinin düzgün peşə-ixtisas seçimi ilə bağlı maarifləndirilməsi, onların təhsil və karyera sahəsində uğurlu inkişafına dəstək göstərmək olmuşdur. Qeyd olunan rayonların hər birində “Düzgün peşə-ixtisas seçimi” mövzusunda keçirilən seminar və görüşlərdə yuxarı sinif şagirdləri, həmçinin bu il ali və orta ixtisas məktəblərinə sənəd verən şagirdlər, gənclər, valideynlər, müəllimlər, peşə məktəblərinin nümayəndələri, QHT-lərin fəal üzvləri, yerli icra hakimiyyəti və rayon gənclər və idman idarələrinin nümayəndələri iştirak ediblər. Seminarlar Odlar Yurdu Universitetinin Karyera və İnkişaf Mərkəzinin direktoru, ish.az saytının təsisçisi, İnsan Resursları üzrə mütəxəssis Zaur Məmmədov tərəfindən aparılmış və aşağıdakı mövzuları əhatə etmişdir: - Peşə özünütəyini; - Xarakter analizi - xarakterin peşələrə uyğunluğu; - Müstəqil ixtisas seçiminin önəmi və gələcəkdə ehtiyac artacaq peşələr; - Peşə-ixtisas seçimində yan təsirlər (valideyn, məktəb amili); - Peşə seçiminin modeli; - Peşə və ixtisas tələbləri; - Müasir dövrün peşə və ixtisasları; - Əmək bazarının tələbləri; - Peşəyönümü və bacarıqların qiymətləndirilməsi; - Düzgün peşə-ixtisas seçimi uğurlu karyeranın əsası kimi; Seminarın sonunda gənclərlə interaktiv müzakirələr aparılmış, sualları cavablandırılmış, valideynlər və müəllimlərlə görüşlər keçirilmişdir. Layihə iştirakçılarına düzgün peşə-ixtisas seçimi mövzusunda hazırlanmış bukletlər və digər nəşr – poliqrafiya məhsulları paylanmışdır.
Tarix
14 İyun 2018 [16:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin