Ana səhifə
19 İyun 2018

Messi ilin ən çox gəlir əldə edən futbolçusudur

Argentina milli komandasının və İspaniya "Barselona"sının futbolçusu Lionel Messi ilin ən ödənişli futbolçuları reytinqinə başçılıq edib.  

Bu barədə "Forbes" jurnalının tərtib etdiyi siyahıda bildirilir. 31 yaşlı hücumçunun ümumi gəliri 111 milyon dollar təşkil edib. O, 84 milyon dolları "Barselona"dan, digərlərini isə reklam gəlirləri sayəsində qazanıb. 

Portuqaliya yığmasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 108 milyon dollarla ikinci pillədə qərarlaşıb. Təcrübəli forvard ilk dəfə ən çox qazanan futbolçuların siyahısında Messidən geri qalıb.

Braziliya millisi və Fransa PSJ-sinin futbolçusu Neymar isə 90 milyon dollar gəlirlə 3-cü yerdədir. report

Tarix
14 İyun 2018 [15:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin