Ana səhifə
23 Oktyabr 2018

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib

Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi çərçivəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin loqosu ictimaiyyətə təqdim edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə Əlaqələr sektorundan Ucnoqta.az-a verilən məlumata görə, emblem hissədə  həndəsi fiqur olan dairələr simmetrik qarşılaşdırılaraq avtomobil faralarında işıq diodlarını xatırladır.  Digər tərəfdən emblem vahid mərkəzdən idarəetməni, tamlığı, birliyi ifadə edir. Həmçinin emblemdə dövlət bayrağının rənglərindən istifadə olunub. Abreviatura və onun açılışı formasında ifadə olunan tipoqrafik hissə emblemlə tamlıq təşkil edir. Dairə elementlərinin məsafəli şəkildə təsviri isə qurumun iş prinsiplərində dəqiqlik, hərtərəflilik, çeviklik, pozitivlik, nəqliyyat sistemində norma yaratma prinsiplərini göstərir.

Təqdimat zamanı loqotipin istifadəsinə dair qayda və tələblər haqqında da geniş məlumat verilib. Əlavə olaraq bildirilib ki, tərtibat işlərində mavi, yaşıl, qırmızı və bənövşəyi rənglərdən istifadə oluna bilər.
Qeyd edək ki, loqo emblem və tipoqrafik hissədən ibarət olmaqla hərəkətlilik və dinamikanı özündə əks etdirir. 

 

Tarix
14 İyun 2018 [15:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin