Ana səhifə
14 Avqust 2018

Ceyhun Bayramov: 2017-2018-ci tədris ili ölkəmiz üçün çox uğurlu bir təhsil ili olub

2017-2018-ci tədris ili ölkəmiz üçün çox uğurlu bir təhsil ili olub.

Bunu təhsil naziri Ceyhun Bayramov təhsildə fərqlənən məzunlarla görüşü zamanı deyib. C.Bayramovun sözlərinə görə, bu tədris ilində təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə kimi bütün pillələr üzrə akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib:
"Bura məktəbəqədər təhsilin əhatəliliyinin genişlənməsi, eyni zamanda 2017-ci ilin buraxılış imtahanlarının nəticələri, ölkə olimpiadalarının əhatəliliyi, beynəlxalq olimpiadalarda şagirdlərimizin daha uğurlu çıxışları aiddir".

Nazir əlavə edib ki, beynəlxalq olimpiadaların nəticələri ildən-ilə yaxşılaşır və müvafiq sahədə böyük nailiyyətlər əldə edilib:
"Bu olimpiadaların hazırlıq prosesinin təkmilləşdirilməsi, diqqət mərkəzində saxlanılması şagirdlərin olimpiadalarda müvəffəqiyyətli çıxışlarına səbəb olur".trend

Tarix
14 İyun 2018 [15:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin