Ana səhifə
19 İyun 2018

DYP "BakuBus"un yaydığı video ilə bağlı araşdırmaya başladı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "BakuBus" MMC-nin paytaxtda marşrut avtobusları üçün qəza şəraiti yaradan sürücülərlə əlaqədar yaydığı videokadrlarla bağlı araşdırmalara başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi bildirib ki, "BakuBus" MMC-nin yaydığı həmin videokadrla bağlı dərhal rəhbərliyə məruzə edilib: "Sosial şəbəkələrdə sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan bütün foto və videokadrlarla əlaqədar araşdırmalar aparılır və tədbir görülür: "Həmçinin də bu video ilə bağlı rəhbərliyə müraciət olunub və rəhbərlik məsələnin araşdırılması barədə tapşırıq verib. Hətta, kadrlarda qəza şəraiti yaradan avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanı görsənməsə də, əməkdaşlarımız "Təhlükəsiz şəhər" kameraları ilə əraziləri müəyyən edir və həmin ərazidəki çəkilişlərə baxış keçirməklə avtomobili müəyyən edir".

V.Əsədov deyib ki, həmin kadrda qəza şəraiti yaradan avtomobillər araşdırılaraq tapılacaq və qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcək.

Tarix
13 İyun 2018 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin