Ana səhifə
20 Oktyabr 2018

DİM onlayn sınaq imtahanı keçirir

Dövlət İmtahan Mərkəzi (DİM) bu il I-IV ixtisas qrupları üzrə sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir.

Ucnoqta.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.
Hazırda 10 iyun keçirilmiş sonuncu sınaq imtahanında istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) http://otk.az portalına yerləşdirilib. İmtahanda iştirak haqqı 3 AZN-dir.
Abituriyentlər 2018-ci il "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına yazıla bilərlər.

Bundan əlavə, portalda 9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər də müvafiq sınaq imtahanlarında iştirak edə bilərlər. Bu imtahanlarda iştirak haqqı isə 1 manatdır.
Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.

Tarix
13 İyun 2018 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin