Bakı Uşaq Teatrından premyera- “Kimdir müqəssir?!”

14:23 - 13 İyun 2018 - Mədəniyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ötən gün yeni tamaşa ilə çıxış edib.

Ucnoqta.az xəbər verir ki, Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?!” tamaşasının premyerası Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutub.  
Tamaşada  kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.
 Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa edirlər.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.


Xəbər xətti