Ana səhifə
19 İyun 2018

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

İyun ayının 16-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi hissəsi) hər iki istiqamət üzrə asfalt-beton örtüyünün yenilənməsi işlərinə başlanılacaq.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolun sözügedən hissəsində işlər aparılan zolaqlar üzrə yol bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq ediləcək.

Sürücülərdən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Bundan başqa təmir işləri aparılan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Tarix
13 İyun 2018 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin