İyunun 28-də AŞPA Monitorinq komitəsində Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunacaq

13:23 - 13 İyun 2018 - SİYASƏT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, iclas iyunun 28-də AŞPA-nın iyunun 25-29-da keçiriləcək yay sessiyası çərçivəsində baş tutacaq. Monitorinq komitəsinin iyunun 26-da keçiriləcək iclasında isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yerinə qurumun Serbiya üzrə həmməruzəçi təyin olunacaq.

Xəbər xətti