Ana səhifə
20 İyun 2018

Qaranquş yuvasına görə evin sökülməsi dayandırılıb

Çinin şərqindəki Çjetszyan vilayətində köhnə evi sökməyə hazırlaşan mühəndislər evdə qaranquş yuvası aşkar olunduqdan sonra işləri təxirə salıblar. Bu barədə People Daily nəşri xəbər verir.

Geoloji baxımdan təhlükəli bölgədə yerləşən evi sökməyə gələn mühəndislər civilti eşidəndən sonra 4 yuva, qaranquş balaları və yumurtalar aşkar ediblər. Onların müraciət etdiyi ekologiya şöbəsi quşlara toxunmamağı tövsiyə edib. Beləki, qaranquşlar balalarına hopan insan qoxusuna görə onlardan imtina edə bilər. Söküntü işləri quşlar yuvanı tərk edəndən sonra bərpa olunmalıdır.

Çində yeni salınmış məhəllələrdə yeni binalarla əhatə olunan köhnə evlərə rast gəlmək olar ki, onların sahibləri vaxtilə evdən çıxmağa razılaşmayıblar.Lakin belə görünür, indiyədək quş yuvasına görə evin sökülməsinin dayandırılması halları qeydə alınmamışdı.

 

Tarix
13 İyun 2018 [21:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin