Ana səhifə
21 Avqust 2018

Ramazan bayramı günlərində əhali fasiləsiz enerji ilə təmin olunacaq

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülərək “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

Ucnoqta.az xəbər verir ki. ASC-dən Trend-ə verilən məlumata görə, elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla bayram günlərində RETSİ-lər və rayon (şəhər) elektrik şəbəkələri üzrə növbətçilik təşkil edilib, sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik şəbəkələrinin mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb.

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində “Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər müvəqqəti olaraq dayandırılacaq.

Tarix
13 İyun 2018 [12:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin