Ana səhifə
16 Avqust 2018

Goranboy sakini 500 manat cərimələnib- tullantılara görə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, reyd zamanı Goranboy rayonu Qaradağlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıları əraziyə rayon sakini Şahin Arazov tərəfindən atıldığı məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə edilib. Qısa vaxt ərzində tullantıların ərazidən təmizlənməsi üçün Ş.Arazova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Tarix
13 İyun 2018 [09:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin