Iki bayramın konserti

17:06 - 12 İyun 2018 - Mədəniyyət

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün maarifləndirmə, yetişən nəsillərin milli dövlətçilik, mənəvi dəyərlər ruhunda tərbiyəsi missiyasının davamı olan növbəti tədbirini reallaşdırır. Belə ki, qarşıdan gələn 15 iyun – Milli Qurtuluş və müqəddəs Ramazan bayramı münasibətilə iyunun 13-də (saat 12: 00) teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca yetirmələrinin təqdimatında “Nəğmə çələngi” adlı konsert proqramı təqdim olunacaq. Studiyanın yetirmələrinin təqdim edəcəyi proqrama rəngarəng musiqilərlə yanaşı repertuardakı müxtəlif tamaşalardan səhnəciklər də daxil edilib. “Oyuq”çuların mövsümün sonuna hesabat xarakterli bu konsert proqramında balaca tamaşaçılar məşhur nağıl qəhrəmanlarının səhnə nümayişlərini də izləyə biləcəklər.

Xəbər xətti