Ana səhifə
17 Avqust 2018

Media layihəsinin iştirakçıları Gəncəyə səfər ediblər

Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində “Loqos” un Gəncə filialına ekskursiya təşkil edilib. Ekskursiyaya “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva, “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün və media layihəsinin iştirakçıları qoşulub.

Səfər çərçivəsində media nümayəndələri əvvəlcə “Loqos” un Gəncə filialı və “Loqos” Erkən İnkişaf Təlim Mərkəzi ilə tanış olublar. “Loqos”un Gəncə filialının baş psixoloqu Lyudmila Mansurova geniş məlumat verib. Natiq “Loqos” Gəncə filialının gördüyü işlər, həyata keçirdiyi layihələri ətraflı şəkildə diqqətə çatdırıb. Nahar fasiləsindən sonra media nümayəndələri üçün Gəncə Erkən İnkişaf Təlim Mərkəzinin baş psixoloqu Taciyə Mehdisoy tərəfindən “Şüuraltımız nə istəyir” adlı təlim aparılıb və jurnalistlərin mövzu üzrə sualları cavablandırılıb. O cümlədən, “Loqos” Erkən İnkişaf Təlim Mərkəzinin həyətində “İnsan hekayəsi” adlı praktik qrup terapiyası keçirilib. Təlimlərdən sonra media nümayəndələri Qədim Gəncə şəhərinə ekskursiya edərək, Şeyx Nizami məqbərəsini ziyarət ediblər. “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində Gəncəyə edilən səfər xoş təəssüratlarla başa çatıb. Tural

Tarix
12 İyun 2018 [14:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin