Ana səhifə
20 İyun 2018

Şəxsi istehlak üçün gətirilən mobil cihazlara dövlət rüsumu tətbiq olunacaq

Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişiklik minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğinin hər il icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutur. Dəyişikliyə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə olunur. Layihədə bildirilir ki, hər il üçün mobil cihazların qeydiyyat alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Tarix
12 İyun 2018 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin