Ana səhifə
19 İyun 2018

Daşkəsəndə arvadını və 20 günlük körpəsini öldürən şəxsə hökm oxunub

 Daşkəsən rayonunda beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxsə hökm oxunub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki,  Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə ötən ilin iyun ayında rayonun Şahvələdli kəndində baş həyat yoldaşı və 20 günlük körpəsini öldürən, 1979-cu il təvəllüdlü Rafiq Əliş oğlu Ələkbərovun məhkəməsi keçirilib.
Prosesdə Cinayət Məcəlləsinin 120.1 və 120.2.7 ci maddələri ilə təqsirli bilinən R.Ələkbərova 20 il həbs cəzası verilib.

Qeyd edək ki, R.Ələkbərov beşinci həyatyoldaşı olan, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı çomaqla döyərək onu qətlə yetirib. Hadisə zamanı qadının qucağında saxladığı 20 günlük körpəsi də çomaq zərbələri alaraq ölüb. Ələkbərov qadının və körpə uşağının öldüyünü bikdikdən sonra hadisə yerindən qaçaraq istintaqdan yayınmağa çalışıb.

Tarix
12 İyun 2018 [11:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin