Ana səhifə
19 İyun 2018

Saatlıda pambıq tarlasında zəhərlənən 20 nəfər evə buraxıldı

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilən 20 nəfər evə buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Saatlı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Adəm Əliyev məlumat verib. Baş həkimin müavini bildirib ki, dünən gün ərzində həmin xəstələrin vəziyyəti tam qənaətbəxş olduğu üçün stasionar müalicədən ambulator müalicəyə buraxılıblar:

"Gün ərzində xəstələr təkrar müayinə olundular, vəziyyətləri tam yaxşı olduğu üçün evə yazıldılar. Zəhərlənənlərdən 4 nəfər hazırda Bakıdadır. Onların da vəziyyətləri normaldır".

Qeyd edək ki, iyunun 10-da axşam saatlarında Saatlı rayonunun Sımada kəndi ərazisində pambıq tarlasında işləyən şəxslər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində 20 nəfər Saatlı rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər isə Bakıya-Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmişdi.

Tarix
12 İyun 2018 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin