Buzovnada evdən oğurluq edən 7 nəfər tutulub

13:24 - 11 İyun 2018 - HADİSƏ

Buzovna qəsəbəsində oğurluq edən 7 nəfərlik dəstə tutulub.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da Xəzər rayonunun Buzovna qəsəbəsindəki evlərin birindən 23 manat, 300 manat dəyərində qızıl boyunbağı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 7 qəsəbə sakini saxlanılıb.

Xəbər xətti