Bakı-Sumqayıt şosesində 9 yaşlı uşağı avtomobil vurub

09:55 - 11 İyun 2018 - HADİSƏ

Bakı-Sumqayıt şosesində 9 yaşlı uşağı avtomobil vurub. Hadisə Abşeron rayonunda baş verib. Bakı-Sumqayıt şosesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində 2009-cu il təvəllüdlü Mustafayev Nuran Hacı oğlu qaçaraq yolu keçmək istəyərkən onu sürətlə gələn avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü məsuliyyətə cəlb edib. Report

Xəbər xətti