Biləsuvarda traktor yanıb

16:07 - 9 İyun 2018 - HADİSƏ

Biləsuvar rayonunun Nərimankənd kəndində "Belarus" markalı traktorun qoşqusunun təkərləri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti