"Real"dan Ronaldoya yeni təklif

16:00 - 9 İyun 2018 - İDMAN

"Real" futbolçusu Kriştiano Ronaldoya yeni müqavilə təklif edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu yeni müqavilə təklifini qəbul etsə, ilinə 32.5 milyon avro qazanacaq. Bunun 25 milyonu maaş, qalanı isə bonus kimi nəzərdə tutulub.

Qeyd edək ki, K.Ronaldo 2009-cu ildən "Real"da oynayır.

Xəbər xətti