Ziyafət Əsgərov: "Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlara çağırış edir, lakin ..."

10:11 - 9 İyun 2018 - SİYASƏT

"Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal edilib. Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlara çağırış edərək ədalətli qərarların qəbul olunmasını istəyir. Lakin hələ də lazımi addımlar atılmır". Bu fikirləri Milli Məclis sədrinin I müavini Ziyafət ƏsgərovBakıda keçirilən Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib. Onun sözlərinə görə, araşdırmalar beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsinin universal xarakter daşıdığını göstərir: "Deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir".  Report

Xəbər xətti