Ana səhifə
24 Sentyabr 2018

Millimiz FİFA-nın reytinqində irəlilədi

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 211 komandası yer alıb.   Hesabat dövründə milli komandaların ifasında yoldaşlıq görüşləri keçirildiyindən, cədvəldə ciddi dəyişikliklər olub. Bu müddətdə Qırğızıstan üzərində qələbə qazanıb (3:0), Qazaxıstana eyni hesabla məğlub olan Azərbaycan yığması ən böyük irəliləyişə nail olub.   Hesabına 76 xal əlavə edən komandamız 21 pillə irəliləyərək 105-ci sıraya yüksəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu millimizin aktivində 321 xal var.   Millimiz və qonşuları 101 (102). Liviya - 336 102 (102). Vyetnam – 334 103 (109). Niger – 323 104 (108). Haiti - 322 105 (126). Azərbaycan – 321 106 (114). Madaqaskar - 308 107 (105). Mavritaniya - 304 108 (110). KXDR – 303 108 (115). Mərkəzi Afrika Respublikası – 303   Dünyanın ən güclü 10 komandasının siyahısında cəmi bir dəyişiklik baş verib. Ötən ay 8-ci yerdə qərarlaşan İspaniya ilə 10-cu sıranın sahibi Polşa yerlərini dəyişiblər.   İlk “onluq” 1 (1). Almaniya - 1558 2 (2). Braziliya - 1431 3 (3). Belçika - 1298 4 (4). Portuqaliya - 1274 5 (5). Argentina - 1241 6 (6). İsveçrə - 1199 7 (7). Fransa – 1198 8 (10). Polşa - 1183 9 (9). Çili – 1135 10 (8). İspaniya – 1126   Millimizin növbəti yoldaşlıq görüşündəki rəqibi Latviya irəliləyişə nail olub. Millətlər Liqasındakı rəqiblərin hər üçü - Kosovo, Farer adaları və Malta da reytinqdə bir neçə pillə yüksəliblər.   Millimizin rəqibləri 90 (93). Farer adaları – 374 129 (139). Latviya - 230 141 (152). Kosovo - 197 184 (185). Malta - 65   Qeyd edək ki, qonşu Türkiyə millisi 706 xalla 38-ci yerdə qərarlaşıb.
Tarix
7 İyun 2018 [16:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin