Bakıda qəzada yük avtomobili aşdı

17:15 - 6 İyun 2018 - HADİSƏ

Bakıda yol qəzası baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında paytaxtın Xətai rayonunda baş verib. “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Dirək sınıb, yük avtomobili isə aşaraq yolun sağ hissəsinə düşüb. Bu zaman yolun kənarındakı mini marketə ziyan dəyib. “Ford”un sürücüsü yüngül xəsarət alıb.

Xəbər xətti