ABŞ OPEK-ə neft hasilatını artırmağı təklif edib

19:16 - 5 İyun 2018 - DÜNYA

ABŞ OPEK ölkələrinə neft hasilatını sutkada 1 milyon barelədək artırmağı təklif edib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu təklif bir neçə gün əvvəl Küveytdə ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda səsləndirilib. Buna səbəb kimi ABŞ-da benzin qiymətlərinin yüksəlməsi göstərilib. Vaşinqton benzinin qiymətinin azalması üçün neftin ucuzlaşmasının zərurətini vurğulayıb. Qeyd edək ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp OPEK-i neft qiymətlərini süni şəkildə qaldırmaqda ittiham etmişdi.

Xəbər xətti