İsrail baş nazirinə qarşı sui-qəsdin qarşısı alınıb

15:31 - 5 İyun 2018 - DÜNYA

İsrail Təhlükəsizlik Xidməti Şərqi Qüdsdə həyata keçirilən əməliyyat zamanı terror hücumları, eləcə də baş nazir Benyamin Netanyahuya qarşı sui-qəsd planlayan terror qruplaşmasının zərərsizləşdirib.   APA-nın “Jerusalem Post”-a istinadən verdiyi xəbərə görə, terrorçuların Netanyahu, Yerusəlim şəhər meri Nira Barkata sui-qəsd, şəhərdəki Kanada nümayəndə heyətinə və ABŞ səfirliyinin binasına hücum planladığı bildirilir.   Saxlanılanlar arasında daha əvvəl də təhlükəsizlik qaydalarını pozduğu üçün həbs edilən 30 yaşlı Məhəmməd Camal Rəşda da var. 

Xəbər xətti