Ana səhifə
17 Noyabr 2018

Bakıda dünya çempionatı keçirilir

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Veloparkda (Şıxov) keçirilən mötəbər yarışda 43 ölkənin 1500-dən artıq idmançısı mübarizə aparacaq.   Proqrama əsasən saat 09:30-da çempionatın rəsmi açılış mərasimi təşkil olunub. Tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər iştirak ediblər.   Mərasimi giriş sözü ilə açan Eyyubov belə mötəbər yarışların ölkəmizə həvalə edilməsinin səbəblərindən danışıb. O bildirib ki, beynəlxalq qurumların bizə etimadı Azərbaycanın gündən-günə çiçəklənməsinin və sürətli inkişafından irəli gəlir.   Natiq indiyədək ölkəmizdə təşkil olunan mötəbər turnirlərdən, o cümlədən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyimizdən söhbət açıb. Onun sözlərinə görə, bütün idman növlərinə qayğı ilə yanaşan cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Təşkilat Komitəsi bu dünya çempionatının da yüksək səviyyədə təşkilini təmin edəcək.   Eyyubov çıxışını bitirdikdən sonra mundialı açıq elan edib.   Ardınca “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.   Qeyd edək ki, dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar.   İyunun 7-də  Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
Tarix
5 İyun 2018 [11:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin