Bakıda 2 nəfəri avtomobil vurub

10:28 - 5 İyun 2018 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Qaradağ rayonu ərazisində - "Sədərək" ticarət mərkəzinin qarşısında "Mercedes" markalı minik avtomobili 31 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.   Oxşar hadisə dünən axşam Xəzər rayonunda da qeydə alınıb. Qala qəsəbəsində "Toyota" markalı, 99 KS 118 dövlət qeydiyyat nişanlı avtomobil 60-65 yaşlı kişini vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb.   Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti