Ana səhifə
19 Noyabr 2018

Gədəbəydə iki avtomobil toqquşub: 2 nəfər ölüb, 4 yaralı var

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 4 yaralı var.

Hadisə nəticəsində ölənlər - Qarayev Nayiq Sabir oğlu (1979) və İsmayilov Aydın Sürəddin oğlu (1976). Hər ikisi hadisə yerində ölüb. Yaralılar - Rüstəmova Arzu Məcid qızı (1988), Əsgərova Mətanət Kamil qızı (1982), Alsəfərov İman İsgəndər oğlu (1965), Tağızadə Emin Elxan oğlu ( 2003).
Hadisə rayonun Gərgər kəndi ərazisində baş verib. Maşınlardan biri taksi fəaliyyəti ilə məşğul olub.Faktla bağlı araşdırma aparılır.

Tarix
4 İyun 2018 [09:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin