1963-cü ilin "Ferrari"si 70 milyon dollara satıldı

09:28 - 3 İyun 2018 - MARAQLI

"Ferrari"nin 1963-cü il buraxılışlı olan idman avtomobili 70 milyon dollara satılıb. Trend-in "CNBC"yə istinadən verdiyi məlumata görə, bu qiymət avtomobil alışında rekord qiymətdir. Bundan qabaqkı rekord 2013-cü ildə eyni "Ferrari" modelinin satışında qeydə alınıb. Onu 53 milyon dollara əldə ediblər. Qeyd edək ki, İtaliyanın "Ferraro" şirkəti 1962-1964-cü illərdə bu modeldən 36 dənə istehsal edib.

Xəbər xətti