Ana səhifə
17 Noyabr 2018

"Evim prezidentin köşkündən daha dəbdəbəlidir"...

Türkiyəli sənətçi, müğənni-aktrisa Hülya Avşar, prezident köşkü (“Ağ Saray”) ilə bağlı söylənən fikirlərə, münasibət bildirib. 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ötən gün Türkiyə İş Qadınları Dərnəyi (TİKAD) sədri Nilufər Bulutu, eləcə də içərilərində Hülya Avşar olan heyəti qəbul edib. Bağlı qapılar arxasında keçən görüş, 1 saat davam edib. Qəbuldan sonra, heyət üzvləri mətbuat nümayəndələrilə öz təəssüratlarını bölüşüblər. Ən maraqlısı da, Hülya Avşarın açıqlaması olub. O, uzun müddət söz-söhbətə səbəb olan və bir sıra siyasətçilər, sənətçilər tərəfindən tənqid edilən “Ağ Saray”ın görüntüsündən və onda doğuran hisslərdən söz açıb: “Düşündüyümüz qədər də möhtəşəm deyil, mən çox da, ehtişamlı görmədim. Çox şişirdiblər. Vaxt keçdikcə bu gün səslənən fikirlərin, nə qədər lazımsız olduğunu başa düşəcəyik".

”Daha sonra H.Avşarın, “hardasa, mənim evim dəbdəbəlidir deyəcəkdim, amma o qədərini deyə bilmədim”- söyləməsi jurnalistlərin üzündə gülüş doğurub. Bir sıra dünya liderlərinin ayağının dəydiyi yerə, ayaq basdığını düşünməklə özünü çox xoşbəxt hiss etdiyini bildirən sənətçi, sarayda yaxşı qarşılandıqlarını da, sözlərinə əlavə edib.

 

 

Show.az

Tarix
6 Dekabr 2014 [17:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin