"Lexus" körpüdən aşıb

08:13 - 3 İyun 2018 - HADİSƏ

Gəncə-Goranboy istiqamətində hərəkətdə olan “Lexus” markalı minik avtomobili körpüdən aşaraq qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər xətti