Ana səhifə
14 Dekabr 2018

İsmayıllıda qasırğa və sel: insanlar evsiz qalıb, çadırlar qurulur

İsmayıllıya yağan güclü yağış kəndlərə ciddi ziyan vurub, evlərin damları uçub, bir neçə ailə gecəni maşında gecələməli olub.   İyunun 1-də gecə saatlarından başlayaraq İsmayıllı rayonuna qasırğa güclü küləklə müşahidə edilən leysan yağıb. Rayonun Diyallı kəndinə ciddi ziyan dəyib. Bir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin içindəki əşyalar, elektrik avadanlıqları və əşyalar su içində qalaraq yararsız vəziyyətə düşüb. Həyətdəki tövlələrin dam örtüyü də dağılıb, ot bağlamaları yararsız vəziyyətdədir.   Qaçqınların müvəqqəti yaşadığı binanın da dam örtüyü uçub, yağan yağış evlərə dolub. Evlərdə yaşamaq mümkünsüz olduğu üçün insanlar səhərədək küçədə qalıblar. Yol kənarındakı iri gövdəli ağacların budaqları qırılaraq yola düşüb, nəqliyyatın hərəkətinə maneə yaranıb.   Diyallı kənd sakinləri Hüseynov Rasim, Əhmədov Aqil, Əhmədov Şakir bildiriblər ki, dünən gecədən qəflətən qasırğa şəklində yağış və külək başlayıb, evlərin dam örtüyü uçub, gecəni maşında və qohumların evində keçiriblər.      Hazırda Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılır və ailələr yaxın saatlarda müvəqqəti yaşamaq üçün həmin  çadırlara köçürüləcək. Komissiya kənddə evlərə baxış keçirir. Dəymiş ziyanı hesablamaq üçün komissiya yaradılıb.         Apa
Tarix
2 İyun 2018 [20:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin