Ana səhifə
20 Sentyabr 2018

"Qarabağ" ikinci transferini rəsmiləşdirib

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ" bu gün ikinci transferini rəsmiləşdirib.   Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb.   Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə “Neftçi”də başlayan Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib. Rahil Məmmədov “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil Məmmədov bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.
Tarix
2 İyun 2018 [18:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin