Ana səhifə
20 Sentyabr 2018

“Azərbaycanda çox şey qazanmışam” - Riçard Almeyda

“Azərbaycanda uzun müddət çıxış etdim. İndi isə fərqli çempionatda oynamaq istəyirəm”. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda deyib. Braziliyalı futbolçu Azərbaycanda ciddi uğurlar qazandığını bildirib: "Milliləşdirilmiş futbolçu kimi Azərbaycan yığma komandasının üzvüyəm və 8 oyun keçirmişəm. Tanrıya minnətdaram. Azərbaycanda çox şey qazanmışam. "Qarabağ" mənim üçün ancaq uğurla yadda qaldı. Heç bir şey itirməmişəm. 6 ildə çox titul qazandım. 5 dəfə ölkə çempionu olduq. Çempionlar Liqasının qrup mərhələsində oynamaqla zirvəyə çatdıq". Yarımmüdafiəçi gələcək karyerası haqda danışıb: "Təkliflərlə atamla agentim məşğuldur. Onlar bir neçə təklif ortaya çıxarsalar da, imtina etmişəm. 5-6 ölkədən fərqli variantlar var idi. Yekun qərarı iyunun ortalarında verəcəm. Atamla həyat yoldaşım mənə dəstək verirlər".
Tarix
2 İyun 2018 [17:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin