"Uber" Türkiyədə fəaliyyətini dayandırıb

15:11 - 2 İyun 2018 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bəyan edib ki, "Uber" özəl daşıma sistemi daha ölkədə fəaliyyət göstərməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, "Daily Sabah" qəzetinin məlumatına görə, Türkiyə lideri bu bəyanatla İstanbulda iftar zamanı çıxış edib.
"Bizim öz şəxsi taksi sistemimiz var, biz özəl taksi sisteminin Türkiyə taksiçilərinin biznesini korlamasına imkan verə bilmərik. "Uber"in biznesi başa çatdı, biz "Uber"lə bağlı özümüz qərar qəbul edəcəyik", - deyə nəşr prezidentin sözlərini sitat gətirib.

"Uber" Türkiyədə bir neçə il əvvəl fəaliyyətə başlayıb.

Xəbər xətti