"Qarabağ" Avstriyada təlim-məşq toplanışına başlayacaq

22:01 - 1 İyun 2018 - İDMAN

"Qarabağ" klubu iyunun 20-də Avstriyada təlim-məşq toplanışına başlayacaq. Ucnoqta.az xəbər verir ki, klubdan verilən məlumata görə, Ağdam təmsilçisi hazırlıq prosesində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.  Komanda iyunun 23-ü Bolqarıstanın "Ludoqorets", 26-sı Avstriyanın "Vakker İnsbruk", 30-u Suriya milli komandası və iyulun 4-ü isə Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək. 

Xəbər xətti