Aİ komissarı: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyasız mümkün deyil"

20:17 - 1 İyun 2018 - SİYASƏT

"Dağlıq Qarabağmünaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil". Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində mühazirə deyərkən bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi Azərbaycan xalqı üçün həssas məsələdir: "Lakin Avropa Komissiyası onun həllində birbaşa iştirak etmir".  "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyasız mümkün deyil. Amma biz də deyə bilmərik ki, onunla münasibətlərimiz yaxşıdır. Ukrayna, Krımda problemlər mövcuddur, həmçinin sanksiyalar var. Ona görə də Rusiyanın konstruktiv məcraya dönməsi vacibdir. Qarabağ münaqişəsi açıq və həll edilməmiş məsələ kimi qala bilməz", - o vurğulayıb.

Xəbər xətti