Aİ komissarı: "Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü Avropa İttifaqı üçün vacibdir"

17:16 - 1 İyun 2018 - SİYASƏT

Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş hesab edir.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Büdcə və insan resursları üzrə Avropa komissarı Günter Ottinger ADA Universitetində mühazirəsində deyib.
O bildirib ki, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü Avropa İttifaqı üçün vacibdir: "Hazırda Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzərində işləyir. Bu saziş 1999-cu ildə imzalanmış və bu günə kimi davam olan əməkdaşlıq və tərəfdaşlıq sazişini əvəz edəcək.
Azərbaycan hazırda iqtisadiyyatın diversifikasiyası siyasətini həyata keçirir. Azərbaycanın ticarət dövriyyəsinin yarısı Aİ ölkələrinin payına düşür. Enerji gələn onilliklərdə də vacib rol oynayacaq. Lakin Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı var.

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi ilə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Azərbaycan həmçinin nəqliyyat mərkəzinə çevrilmək niyyətindədir, Şərq-Qərb dəhlizinin inkişafında  vacib tol oynayır".
Avropa Komissarı bildirib ki, hazırda Azərbaycanla Aİ Aviasiya sazişi üzrə danışıqlar aparır: "Biz sazişin imzalanmasına yaxınıq. Bu saziş imzalandıqdan sonra Aİ ilə Azərbaycan arasında əlaqələr daha da inkişaf edəcək".

Xəbər xətti