Ana səhifə
24 Sentyabr 2018

“Ən ağrılı hissə finaldakı məğlubiyyətdi” - Qriqorçuk “Qəbələ”dən danışdı

“Qəbələ”nin sabiq baş məşqçisi, bu gün Qazaxıstan “Astana”sının “sükanı arxası”na keçən Roman Qriqorçuk yeni klubunda ilk mətbuat konfransını keçirib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Azərbaycan barədə sualları da cavablandırıb. Qriqorçuk “Qəbələ”də işlədiyi dövrdə rəhbərliyi altında çıxış edən futbolçulardan kimisə “Astana”ya gətirib-gətirməyəcəyinə dair bu fikirləri ifadə edib: “Yeni komandamda seleksiya işi yaxşı səviyyədədi. Bu üzdən də sabiq yetirmələrimin xidmətinə, yəqin ki, ehtiyac duyulmayacaq”.
Yerli KİV təmsilçilərinin “Astana” və “Qəbələ” arasında müqayisə aparmaq istəyinə isə Roman İosifoviç diplomatik cavab verib: “Azərbaycanda gecə-gündüz işlədik və bunun nəticəsində böyük nəticələrə imza atdıq. Mənim üçün ən ağrılı hissə ölkə Kubokunun finalındakı məğlubiyyətdi. “Qəbələ” və “Astana”nı isə müqayisə etməyə heç bir lüzum görmürəm”.

Sonda Ukraynalı mütəxəssisdən Qazaxıstan və Azərbaycan yığmaları arasında baş tutacaq yoxlama oyununa dair proqnoz verilməsi xahiş edilib: “Proqnoz vermək mənlik deyil. Çox nadir hallarda hansısa nəticəni düzgün təxmin edə bilirəm. Hesab edirəm ki, bu, futbolçuları tanımaq baxımından çox maraqlı bir qarşılaşma olacaq”.

Tarix
1 İyun 2018 [18:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin