Ana səhifə
21 Sentyabr 2018

Günter Ottinger: "Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır"

Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda 25-ci “Xəzər Neft və Qaz” konfransı zamanı Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib. G.Ottinger bildirib ki, Bakı Avropa üçün enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından da vacibdir: “Bu məsələdə “Cənub Qaz Dəhlizi” vacib rol oynayır. Mən bu layihənin reallaşdırılmasına görə Azərbaycan hökumətinə və SOCAR-a minnətdarlığımı bildirmək istəyirəm”. Avrokomissar həmçinin Azərbaycan tərəfindən reallaşdırılan nəqliyyat layihələrinin vacibliyini vurğulayıb: “Əminəm ki, Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlana biləcək. Bakı nəqliyyat qovşağına çevrilməkdə maraqlıdır. Bunun bariz nümunəsi Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasıdır”.
Tarix
31 May 2018 [20:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin