Messinin də baxdığı türk serialı İspaniyada 1-ci oldu

20:17 - 31 May 2018 - MAQAZİN

Bu günə qədər 107 ölkədə yayımlanan “Kara Para Aşk” serialı İspaniyada tamaşaçı qarşısına çıxıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Nova” kanalında yayımlan ekran işi ilk bölümü ilə reytinqləri alt-üst edib.  Belə ki, layihə yerli serialları geridə qoyaraq birinci sırada öz yerini tutub. Bundan əlavə, “Barcelona”nın məşhur futbolçusu Lionel Messinin “Kara Para Aşk”ı izlədiyi yerdə çəkilən görüntüləri sosial şəbəkələrdə gündəm olub. Bu da , layihənin birinci olmasına təsir göstərib.  Xatırladaq ki, sözügedən kanal “Fatmagülün suçu ne?” adlı türk serialını da yayımlayır. 

Xəbər xətti