Zidanın "Real"dan gedişinin Səbəbi

19:43 - 31 May 2018 - İDMAN

Zinəddin Zidan "Real"dan istefa verməsinin səbəbini açıqlayıb. 45 yaşlı mütəxəssis dəyişikliyə ehtiyac duyduğu üçün bu addımı atdığını deyib:   "Qərarımı bəzi insanlar başa düşməyə bilər. Amma burda başa düşülməyən heç nə yoxdur. Klubun uğurlar qazanması üçün dəyişikliyə ehtiyac var idi. Mən də buna görə istefa verdim. Futbolçular da qərarıma hörmətlə yanaşdılar və mənə uğurlar arzu etdilər. Həyatımın sonuna qədər "Real"a yaxın olacam. Bu klub mənə hər şeyi verdi".   Klub prezidenti Florentio Peres Zidanın bu qərarına hazır olmadıqlarını dilə gətirib:   "Zinəddin Zidandan ayrılıq qərarını gözləmirdik. Bu vəziyyətə heç hazır deyildik. Zidan hər zaman örnək insan olub. "Əlvida" demək əvəzinə, "Tezliklə görüşərik" deyirəm. Onun qayıdacağına şübhəm yoxdur".   45 yaşlı fransalı mütəxəssis Peresin açıqlamasından sonra geri dönə biləcəyini vurğulayıb:   "Mən də prezidentimə "Tezliklə görüşərik" deyə bilərəm. İki ildən sonra düzgün qərar verdiyimi düşünürəm. Azarkeşlərə də təşəkkür edirəm. Yeni mövsümdə baş məşqçilik etməyəcəm. Özümə klub axtarmıram. Komandada daxili yorğunluq var idi. Güc gündən-günə tükənirdi. Qalsaydım, uğurlar əldə edə bilməyəcəkdim. Ona görə də ayrılıq qərarı verdim. Üzgün olmağa ehtiyac yoxdur, gözəl gündür. Burada hər kəslə gözəl münasibətim davam edəcək".   Zidan “Real”ı 2016-cı ildən çalışdırır. "Kral klubu" onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya La Liqası, bir dəfə İspaniya Super kubokunun qalibi olub. Qafqazinfo

Xəbər xətti