Bakıda yaşayış binasında yanğın: 35 nəfər təxliyə edilib

17:21 - 31 May 2018 - HADİSƏ

Bakının Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı bina sakinləri təxliyə edilib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.

Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyətləri normaldır. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti