"Real Madrid"in baş məşqçi postuna əsas namizəd müəyyənləşib

16:44 - 31 May 2018 - İDMAN

 İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçi postuna əsas namizəd müəyyənləşib. 

"Report"un COPE radiosuna istinadən verdiyi məluamata görə, bu, hazırda İngiltərə "Tottenhem"inin sükanı arxasında olan Maurisio Poçettinodur. "Kral klubu"nun rəhbərliyi argentinalı mütəxəssisi Madrid təmsilçisinə ən layiqli namizəd hesab edir.

Qeyd edək ki, "Tottenhem" rəhbərliyi bir neçə gün əvvəl Maurisio Poçettino ilə müqavilə müddətini 2023-cü ilədək uzadıb. 

Xəbər xətti