Sumqayıtda intihara cəhd olub

09:57 - 30 May 2018 - HADİSƏ

Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü yerli sakin M.N.Qüdrət qızı Hacı Zeynalabdin qəsəbəsində özünə bıçaqla xəsarət yetirib. O, aldığı xəsarətlərlə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan qadın Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti