Ana səhifə
24 Sentyabr 2018

Millimizin heyətində daha 2 itki

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşacaq Azərbaycan millisi daha 2 futbolçusunun xidmətindən məhrum ola bilər. Ucnoqta.azın apasport.az-a istinadən verdiyi məlumata görə, Ruslan Abışovla Ruslan Əmircanovun ardından millimizin müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Qara Qarayev də zədədən əziyyət çəkirlər. Belə ki, komanda yoldaşları ilə müqayisədə kiçik zədələri olan "Qarabağ"lıların durumuna bu gün keçiriləcək məşqdən sonra aydınlıq gələcək. Hər iki futbolçunun sabahkı oyunda meydana çıxmamaq ehtimalı da var.

Qeyd edək ki, İtaliya – Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə 23:45-də Palermoda “Rentso Barbera” stadionunda baş tutacaq.

 

Tarix
9 Oktyabr 2014 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin