Ana səhifə
21 Sentyabr 2018

"Qəbələ" Roman Qriqorçukla yollarını ayırıb - RƏSMİ

“Qəbələ” klubu baş məşqçi Roman Qriqorçukla yollarını ayırıb. 

Ucnoqta.az xəbər verir ki, klubdan verilən məlumata görə, bu qərar Azərbaycan Kubokunun final matçının ardından rəhbərliklə ukraynalı mütəxəssis arasındakı görüş zamanı qəbul olunub. Görüş zamanı “Qəbələ” ilə Qriqorçuk arasında müqavilənin uzadılmaması qərara alınıb.

2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.

“Qəbələ” İdman Klubu Roman Qriqorçuka 2015-2018 illərdə komandadakı uğurlu fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb. 

Tarix
29 May 2018 [10:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin